...

ABŞ-ın xüsusi nümayəndəsi Azərbaycanın XİN rəhbəri ilə enerji problemlərini müzakirə edib

Siyasət Materials 27 Avqust 2009 16:31 (UTC +04:00)
"ABŞ-ın Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar cümə axşamı Bakıda, regiondan Avropa və dünya bazarlarına neft və qaz tranzitinin diversifikasiyası məsələlərini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə edib", - Trend News-a XİN-in mətbuat xidmətindən bildirilib.
ABŞ-ın xüsusi nümayəndəsi Azərbaycanın XİN rəhbəri ilə enerji problemlərini müzakirə edib

Azərbaycan, Bakı, 27 avqust / Trend , müxbir C.Babayeva /

"ABŞ-ın Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar cümə axşamı Bakıda, regiondan Avropa və dünya bazarlarına neft və qaz tranzitinin diversifikasiyası məsələlərini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla müzakirə edib", - Trend -a XİN-in mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin cari durumu, enerji əməkdaşlığı məsələləri və Xəzərdəki perspektiv enerji layihələri müzakirə edilib.

"Morninqstar Azərbaycana cümə axşamı birgünlük səfərə gəlib. Məqsəd regiondan Avropa və dünya bazarlarına neft və qaz tranzitinin diversifikasiyası məsələlərinin inkişafında ABŞ-ın Azərbaycana dəstəyini müzakirə etməkdir", - Trend -a bir müddət əvvəl ABŞ-ın Azərbaycandakı səfirliyindən deyilib.

Regiona səfər çərçivəsində Morninqstar Qazaxıstana səfər edib.

Bu ilin yazında ABŞ-ın dövlət katibi Morninqstarı enerji resurslarının inkişafı, onların tranziti məsələləri üzrə xüsusi nümayəndə təyin edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti