...

Rusiya AŞ PA-nın mövqeyindən narazıdır

Siyasət Materials 30 Sentyabr 2009 14:24 (UTC +04:00)

Fransa, Strasburq, 30 sentyabr / Trend , müxbir A.Məhərrəmli/

Rusiya Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri qurumun qəbul etdiyi qətnamədən narazıdır.

"Əgər bizim səlahiyyətlərimizlə bağlı sanksiya xarakterli bir qərar verilərsə, öz fikirmizi AŞ PA-da ifadə etmək imkanından məhrum etsələr, onda bura gəlməyə lüzum görməyəcəyik. Səs hüququ olmadan AŞ PA-da olmaq mənasızdır", Trend -un məlumatına görə, bu fikirləri çərşənbə günü jurnalistlərə Rusiya nümayəndə heyətinin sədri Konstantin Kosaçev deyib.

Trend -un arayışı: Gürcüstan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sesiyasında Rusiyanı səsvermə hüququndan məhrum etmək niyyətindədir. Bu məsələnin AŞPA sessiyasının oktyabrın 1-də keçiriləcək iclasında müzakirə olunacağı gözlənilir.

Kosaçev müzakirələr zamanı zalda olmayacağını deyib.

"Həmkarlaımın əksəriyyəti də zalda olmayacaq. Bununla məsələyə öz münasibətimizi bildirəcəyik. Gürcülərin davam edən təxribatıı Rusyanın yox, AŞ PA-nın problemidir və bunu qurum özü həll etməlidir. Hansısa bir dəyişiklik etmək lazımdır ki, gürcü qonşularımız öz səlahiyyətlərindən sui-istifadə etməsin və hər dəfə Rusiya nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələ AŞ PA-da müzakirəyə çıxarılmasın", - Kosaçev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti