...

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının geniş iclasında müxalifət də iştirak edəcək

Siyasət Materials 12 Oktyabr 2009 10:37 (UTC +04:00)
Gürcüstanın Milli Təhlükəsizlik Şurasının geniş iclası ikinci dəfə bu gün saat 17:00-da Avlabari prezident sarayında keçiriləcək.
Gürcüstanın Milli Təhlükəsizlik Şurasının geniş iclasında müxalifət də iştirak edəcək

Gürcüstan, Tbilisi, 12 oktyabr / Trend , müxbir N.Kirtsxaliya/

Gürcüstanın Milli Təhlükəsizlik Şurasının geniş iclası ikinci dəfə bu gün saat 17:00-da Avlabari prezident sarayında keçiriləcək.

İclas Mixail Sakaşvilinin müxalifətə olan təklifləri çərçivəsində keçəcək.

İlk iclas avqustun əvvəllərində baş tutub və iclasda parlament və qeyri-parlament müxalifəti iştirak edib. Parlament müxalifətindən fərqli olaraq qeyri-parlament müxalifəti görüşdə qismən təmsil olunub.

Avqust görüşündə müxalifət güc nazirlərinə siyasi məhbusların siyahısını təqdim edib və onların azad edilməsi üzrə işlərə başlanılması barədə razılaşma əldə olunub, lakin müxalifətdən bildirilir ki, hökumət bu vədini yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti