...

2011-ci ildə Bakıda mədəniyyətlərarası dialoq üzrə forum keçiriləcək - nazir

Siyasət Materials 13 Oktyabr 2009 15:10 (UTC +04:00)
2011-ci ildə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq üzrə forum keçiriləcək, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.
2011-ci ildə Bakıda mədəniyyətlərarası dialoq üzrə forum keçiriləcək - nazir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend New, müxbir Ü.Sadıxova/

2011-ci ildə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoq üzrə forum keçiriləcək, bu barədə çərşənbə axşamı jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

İslam ölkələrinin mədəniyyət nazirlərinin oktyabrın 13-15-də Azərbaycanın paytaxtında keçirilən Bakı konfransı çərçivəsində mədəniyyətlərarası dialoqun inkişafı üzrə kommünike qəbul olunub.

Qarayevin qeyd etdiyi kimi, mədəniyyətlərarası dialoqun inkişafı hazırda prioritet mövzudur. "Biz bu dialoqu təkcə sözdə keçirmək istəmirik, onu həmçinin həyata keçirmək istəyirik. Gələcəkdə press-monitorinqlər, jurnalist cəmiyyətinin yaradılması təşkil edilə bilər", - nazir bildirib.

Avropa Şurasının Mədəni İrs Departamentinin direktoru Robert Palmerin sözlərinə əsasən, irqçilik və ayrı-seçkilik AŞ ilə islam dünyası arasında dialoqda vacib məsələlərdir. "Bakıda imzalanan sənəd mədəniyyətlərarası təhsil də daxil olmaqla, bir sıra vacib layihələrin həyata keçirilməsinə imkan verəcək", - o bildirib.

"Biz neftlə deyil, isti münasibətlər ilə doldurulan boru kəmərləri çəkməliyik", - Palmer deyib.

Xəbər lenti

Xəbər lenti