...

Gürcü-osetin münaqişə zonasında naməlum xəstəlikdən iki nəfər həlak olub

Siyasət Materials 23 Oktyabr 2009 18:55 (UTC +04:00)
Gürcü-osetin münaqişə zonasında yerləşən Dvani kəndinin naməlum xəstəlikdən yoluxmuş altı sakini Qoridən Tbilisi qospitalına yerləşdirilib.
Gürcü-osetin münaqişə zonasında naməlum xəstəlikdən iki nəfər həlak olub

Gürcüstan, Tbilisi, 23 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcü-osetin münaqişə zonasında yerləşən Dvani kəndinin naməlum xəstəlikdən yoluxmuş altı sakini Qoridən Tbilisi qospitalına yerləşdirilib. Xəstəlik nəticəsində iki nəfər dünyasını dəyişib.

Yerli həkimlər bu xəstəliyi hələ ki, təyin edə bilməyiblər. Xəstəliyin əlamətləri - qızdırma, halsızlıq, mədə pozuntusu və ölümlə nəticələnən böyrək çatışmazlığı.

Tbilisi klinikasında yerləşdirilmiş xəstələrin vəziyyəti ağırdır.

Dvani sakinləri düşünürlər ki, artıq iki insanın ölümü ilə nəticələnən bu xəstəliyin bəlkə də kəndin yaxınlığında yerləşən Osetiya postu ilə bağlılığı var.

2008-ci ilin avqustunda Dvani intensiv bombalanmaya məruz qalıb və bir neçə müddət ərzində Rusiya ordusunun işğalı altında qalıb.

Həkimlər xəstəliyin bombalanmadan sonra torpaqda qalan zərərli maddələrlə bağlılığını istisna etmirlər.

Bu gün Dvaniyə həkimlərdən ibarət qrup göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti