Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatr sənəti və kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Hacı Murad Hacı Əhməd oğlu Yagizarovun "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Bu barədə məlumatı çərşənbə günü AzərTac Dövlət İnformasiya agentliyi yayıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Çingiz Hacı oğlu Sadıxov da "Şöhrət" ordeni ilə təltif edilib.