...

Heç bir qətnamə və sanksiya İranın mövqeyini dəyişməyəcək - Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski

Siyasət Materials 27 Noyabr 2009 15:37 (UTC +04:00)
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarəçilər Şurasının səsvermədən sonra Almaniya tərəfindən hazırlanan bəyannamə layihəsini bəyənəcəyi ehtimal edilsə də, İran öz nüvə proqramı ilə bağlı mövqeyini dəyişməyəcək. Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski belə hesab edir.
Heç bir qətnamə və sanksiya İranın mövqeyini dəyişməyəcək - Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir T.Konyayeva/

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) İdarəçilər Şurasının səsvermədən sonra Almaniya tərəfindən hazırlanan bəyannamə layihəsini bəyənəcəyi ehtimal edilsə də, İran öz nüvə proqramı ilə bağlı mövqeyini dəyişməyəcək. Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski belə hesab edir.

"Qətnamənin qəbul edilməsi ehtimalı artdıqca İranın mövqeyinin sərtliyi də artır, - Satanovski Trend -a elektron poçt vasitəsilə bildirib. - Heç bir sanksiya və qətmanə İranın mövqeyini dəyişməyəcək".

35 dövlətin nümayəndələrindən ibarət olan MAQATE İdarəçilər Şurasının ikigünlük sessiyası cümə axşamı Vyana Beynəlxalq Mərkəzində öz işinə başlayıb. Almaniya İran üzrə qətnamə layihəsini öz adından baxılması üçün İdarəçilər Şurasına təqdim edib. Qətnamə layihəsində Tehran ölkədə ikinci uranın zənginləşdirilməsi zavodunun gizli inşasında ittiham edilir.

Satanovskinin sözlərinə görə, İdarəçilər Şurası qətnaməni bəyənəcəyi təqdirdə, ABŞ onun həyata keçirilməsi çərçivəsində İranla əlaqəli investisiya, duru yanacaq ixracı və İran üçün həssas olan sahələrdə, bu respublika ilə əməkdaşlıq da daxil olmaqla, ticari-maliyyə məhdudiyyətlərinin sərtləşdirilməsində israr edəcək.

"İranın mümkün cavab reaksiyasına gəlincə isə, bu vəziyyətdə əsas ziyan görən ölkə İsrail olacaq", - rusiyalı ekspert belə hesab edir.

"İsraildən başqa, bütün ölkələrlə münasibətdə İranın sərt reaksiyası sözlərlə məhdudlaşacaq. Belə ki, İran istənilən anda istənilən bəhanə ilə İsrailə Qəzzadan və Cənubi Livandan hücum etməyə hazırdır", - o deyib.

MAQATE-nin İdarəçilər Şurasının qətnaməni qəbul etməsi mümkünlüyü İrana qarşı son 4 ilə yaxın bir müddətdə tətbiq edilən ilk aksiya olacaq. İran üzrə son qətnamə 2006-cı ilin fevralında MAQATE-nin İdarəçilər Şurası tərəfindən qəbul edilib. O zaman Tehranın uranın zənginləşdirilməsini dayandırmaqdan imtina etməsi səbəbindən Şura bu işi BMT Təhlükəsizlik Şurasına vermişdi.

Xəbər lenti

Xəbər lenti