...

Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin 30 faizə qədəri qadınlardır - MSK sədri

Siyasət Materials 12 Dekabr 2009 13:01 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının sədri hesab edir ki, bələdiyyə üzvlüyünə seçkilərdə namizədliyini irəli sürənlərin 30 faizə qədərinin qadınlar olması kifayət qədər yüksək göstəricidir.
Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin 30 faizə qədəri qadınlardır - MSK sədri

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri bildirib ki, Azərbaycanda bələdiyyə üzvlüyünə namizədlərin 30 faizə qədəri qadınlardır.

"Namizədlər arasında gənclər də kifayət qədərdir. Bələdiyyə üzvü seçilmək iddiasında olan ali təhsillilərin də sayı bizi qane edir", - Trend -un məlumatına görə, şənbə günü jurnalistlərə MSK sədri Məzahir Pənahov bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Mərkəzi Seçki Komissiyasının sədri hesab edir ki, bələdiyyə üzvlüyünə seçkilərdə namizədliyini irəli sürənlərin 30 faizə qədərinin qadınlar olması kifayət qədər yüksək göstəricidir.

Pənahovun sözlərinə görə, 15 mindən çox adam bələdiyyə üzvü seçiləcək. "Onların arasında özlərini doğrultmayanlar da olacaq. Dünyanın hər yerində belədir", - MSK sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti