...

İsrail XİN rəhbərinin Bakıya səfərinə hazırlıq gedir

Siyasət Materials 17 Dekabr 2009 15:14 (UTC +04:00)
İsrail XİN-in Mərkəzi Avropa və Avrasiya Departamentinin rəhbəri Pinxas Avivinin 20-23 dekabrda Bakıya səfəri zamanı İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana rəsmi səfərinin tarixinin müəyyən edilməsi və hazırlanmasına dair danışıqlar aparılacaq.
İsrail XİN rəhbərinin Bakıya səfərinə hazırlıq gedir

İsrail XİN-in Mərkəzi Avropa və Avrasiya Departamentinin rəhbəri Pinxas Avivinin 20-23 dekabrda Bakıya səfəri zamanı İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana rəsmi səfərinin tarixinin müəyyən edilməsi və hazırlanmasına dair danışıqlar aparılacaq, İzRus portalı məlumat verir.

Səfərin əsas məqsədi ikitərəfli əlaqələrin bir sıra aspektləri üzrə danışıqların aparılması və Libermanın Bakıya rəsmi səfərinin hazırlanmasıdır. Libermanın Bakıya səfəri ikitərəfli əlaqələrin tarixində ilk dəfə olacaq. Səfərin 2010-cu ilin fevral ayında baş tutacağı planlaşdırılır.

Bu məsələ iki ölkənin diplomatik idarələrinin dekabrın 1-də Afinada keçirilən görüşü zamanı müzakirə edilib. O zaman İsrailin xarici işlər naziri Liberman öz azərbaycanlı həmkarı Elmar Məmmədyarovu İsrailə səfərə dəvət edib. Libermanın Bakıya səfərinədək onların Davosda yanvarın sonunda keçiriləcək beynəlxalq iqtisdadi forumda yenidən görüşəcəkləri də istisna edilmir. Onların əvvəlki görüşü isə sentyabr ayında Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində olub.

Pinxas Avivinin də səfəri bu il ikitərəfli əlaqələrin aktivləşməsində yekun akkord olacaq. Xarici siyasət idarələri rəhbərlərinin intensiv dialoqlarından əlavə iyunda İsrail Prezidenti Şimobn Peres Bakıya səfər edib. Buna qədər isə may ayında Libermanın Praqada Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları olub.

Bununla yanaşı, 2009-cu ilin ilk yarım ilinin yekununa görə, Azərbaycan İsraillə mal dövriyyəsi azalmayan yeganə MDB ölkəsi olub, əksinə, mal dövriyyəsinin həcmi artıb. Respublika İsrailə tədarük edilən neftin həcminə görə Rusiyadan sonra ikinci yerdədir. Azərbaycan artıq faktiki olaraq müsəlman dünyasında İsrailin əsas iqtisadi tərəfdaşıdır.

Xəbər lenti

Xəbər lenti