...

Azərbaycanın partiya sədri majoritar sistem üzrə keçirilən seçkilərdə müxalifətin əməkdaşlığını mümkün saymır

Siyasət Materials 22 Yanvar 2010 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyasının rəhbəri hesab edir ki, parlament seçkiləri majoritar sistem üzrə keçirələcəyindən müxalifət partiyalarının əməkdaşlıq formasını müəyyənləşdirmək mümkün deyil.

"Seçkilər həm də proporsional sistem üzrə keçirilsəydi, müxtəlif partiyalar əməkdaşlıq edər və bu zaman müsbət nəticə əldə etmək olardı", - cümə günü Trend -a Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

İsmayılovun sözlərinə görə, majoritar sistem üzrə keçirilən seçkilərdə hər bir dairə üzrə konkret namizəd irəli sürülür.

"Bu səbəbdən hər bir partiya yalnız öz namizədinin daha şanslı olduğunu düşünür və buna uyğun da təbliğatını aparır. Bu sistem üzrə keçirilən seçkilərdə biz başqa partiya ilə necə və nə üçün əməkdaşlıq etməliyik?", - millət vəkili əlavə edib.

Deputatlığa eyni dairədən namizədliyi irəli sürülən müxtəlif partiya üzvləri arasında daha şanslısının müdafiəsi üçün əməkdaşlığa gəldikdə, İsmayılov deyib ki, bu barədə müzakirələrin aparılması hələ tezdir. "Seçkilər payızda keçiriləcək və heç bir partiyanın konkret dairələr üzrə namizədləri də bəlli deyil. Ona görə bu cür əməkdaşlıqdan danışmaq üçün seçki kampaniyasına rəsmən start verilməsini gözləmək lazımdır", - o vurğulayıb.

Ədаlət Pаrtiyаsı 1993-cü ildə yаrаdılıb, 1996-cü ildə АDP-yə birləşib. 2000-ci ildə "Ədаlət"çilər АDP-dən аyrılаrаq pаrtiyаnın fəаliyyətini bərpа еdiblər. 2001-ci ildən indiyədək Ədаlət Pаrtiyаsınа İlyаs İsmаyılоv sədrlik еdir. İsmаyılоv 2003-cü ildə Аzərbаycаndа kеçirilmiş prеzidеnt sеçkilərində prеzidеntliyə nаmizəd оlub və hazırdа Milli Məclisin dеputаtıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti