...

Azərbaycan və Litva əməkdaşlığın gələcək perspektivlərini müəyyənləşdirəcək

Siyasət Materials 27 Yanvar 2010 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar / Trend , müxbir S.Ağayeva/

Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya iclasının keçirilməsinə hazırlıq gedir. Bu iclasın keçirilməsi ilin birinci rübünə planlaşdırılır. Bu barədə Litvanın Azərbaycandakı səfirliyinin birinci katibi Vilijus Samulia Trend -a bildirib.

"Litva Azərbaycanla iqtisadi əməkdaşlıq etməkdə çox maraqlıdır və hökumətlərarası komissiya iclasının keçirilməsi bu əlaqələrin inkişaf etməsinə təkan verəcək",- o deyib.

Hazırda iclasın tarixi və keçiriləcəyi yer dəqiqləşdirilir. Diplomatın sözlərinə görə, Litva Prezidenti yaxın zamanlarda Litva tərəfinin komissiyasının həmsədrini və tərkibini təsdiq etməlidir. Əvvəl bu funksiyanı Litvanın XİN rəhbəri Viqaudas Uşaskas icra edib, sonra isə Litva Prezidenti Dali Qribaukaytenin fərmanı ilə bu vəzifədən uzaqlaşdırılıb.

"Hazırda həmçinin ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra müqavilə layihələri üzərində işlər aparılır", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti