...

Bu il Türkiyə və Qazaxıstanın ili olacaq – Türkiyə XİN rəhbəri

Siyasət Materials 11 Fevral 2010 12:31 (UTC +04:00)
Bu il bütün Avrasiya məkanında Türkiyə və Qazaxıstanın ili olacaq, belə ki, bu ölkələr iki nüfuzlu beynəlxalq təşkilata rəhbərlik edib. Bu barədə bu gün Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Astanada brifinqdə deyib.
Bu il Türkiyə və Qazaxıstanın ili olacaq – Türkiyə XİN rəhbəri

Qazaxıstan, Astana, 11 fevral / Trend , müxbir K.Konırova/

Bu il bütün Avrasiya məkanında Türkiyə və Qazaxıstanın ili olacaq, belə ki, bu ölkələr iki nüfuzlu beynəlxalq təşkilata rəhbərlik edib. Bu barədə bu gün Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Astanada brifinqdə deyib.

"Bu il AQFİTM-ə (Asiyada Qarşılıqlı Fəaliyyət və İnam Tədbirləri üzrə Müşavirə) və ATƏT-ə (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) sədrlik edən Türkiyə və Qazaxıstanın ili olacaq və buna görə də bütün Avrasiya məkanında təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət daşıyır. Biz bu iki təşkilat çərçivəsində əməkdaşlığı davam etdirəcəyik. Türkiyə Qazaxıstanın ATƏT-ə sədrlik postunda ona həmişə kömək edir", - Əhməd Davudoğlu deyib.

Nazir qeyd edib ki, Türkiyə və Qazaxıstanın ümumi sərhədlərinin olmamasına baxmayaraq, onlar arasında əsasını müqavilə və strateji tərəfdaşlıq təşkil edən sıx əməkdaşlıq yaranıb.

"Biz əməkdaşlığın daha da möhkəmlənməsinə yardım edilməsi və bütün səviyyələrdə nail olunmuş müqavilələrin həyata keçirilməsi üçün ildə iki dəfə görüşməyi qərara almışıq", - o deyib.

Əhməd Davudoğlu idarələrarası görüşlərin sayını ildə iki dəfəyə qədər artırılmasını təklif edib.

Dövlət katibi - Qazaxıstan Respublikasının xarici işlər naziri Kanat Saudabayev öz növbəsində qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə tam razılıq və qarşılıqlı anlaşma mövcuddur.

"Biz öz əməkdaşlığımızı, ilk öncə Qazaxıstanın ATƏT-ə sədrliyini həmçinin beynəlxalq arenada müzakirə etmişik. Məlum olduğu kimi, AQFİTM-ə sədrlik estafeti Türkiyəyə verilib", - Kanat Saudabayev deyib.


Görüşün yekununda iki sənəd imzalanıb. Birinci sənəd QR FHN və Türkiyə Fövqəladə Hallar İdarəsi üzrə Baş müdiriyyəti arasında niyyət memorandumu, ikinci sənəd isə QR Statistika Agentlikləri və Türkiyə Statistika İnstitutları arasında qarşılıqlı anlaşma haqqında memorandumdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti