...

Niderland Krallığının Baş katibi Azərbaycana səfər edəcək

Siyasət Materials 17 Fevral 2010 15:09 (UTC +04:00)
Niderland Krallığının Baş katibi Ed Kronenburq Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq perspektivlərini müzakirə edəcək.
Niderland Krallığının Baş katibi Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 17 fevral / Trend , müxbir S.Ağayev/

Niderland Krallığının Baş katibi Ed Kronenburq Bakıda Azərbaycan və Niderland arasında əməkdaşlıq perspektivlərini müzakirə edəcək.

Baş katibin səfəri martın əvvəlinə planlaşdırılır. Bu barədə Azərbaycanın Krallıqdakı səfirinin baş katibi Elçin Bəşirov çərşənbə günü Trend -a bildirib.

Kronenberqin iki ölkə arasında siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın inkişafının müxtəlif aspektlərini müzakirə edəcəyi planlaşdırılır.

Baş katib səfəri zamanı həmçinin bu ölkənin Bakıdakı səfirliyinin açılışında iştirak edəcək.

Diplomatik nümayəndəliyin açılması təklifi ilə Niderland xarici işlər naziri Maksim Verhagen (Maxime Verhagen) çıxış edib.

Hollandiyalı səfir Bakıda Avropa İttifaqı ölkələrinin səfirləri, həmçinin Ankara və Tbilisi səfirlikləri ilə sıx əlaqədə işləyəcək. Yan-Lukas Van Xorn Azərbaycanda Niderlandın ilk səfiri olacaq.

Niderlandda Azərbaycan səfirliyi 2007-ci ildə açılıb. Fəaliyyətdə olan səfir Fuad İsgəndərovdur.

Azərbaycan və Niderland arasında əmtəə dövriyyəsi 2009-cu ilin yanvar-aprel aylarında 17,8 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti