...

Azərbaycan Prezidenti Mərakeş Kralına başsağlığı verib

Siyasət Materials 22 Fevral 2010 15:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi, Meknes şəhərində məscidin minarəsinin uçması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Mərakeş Kralı VI Məhəmmədə başsağlığı verib.
Azərbaycan Prezidenti Mərakeş Kralına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi, Meknes şəhərində məscidin minarəsinin uçması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Mərakeş Kralı VI Məhəmmədə başsağlığı verib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti