...

Azərbaycanda ötən il daxili işlər orqanları üzrə qanun pozuntularının sayı azalıb - daxili işlər naziri

Siyasət Materials 23 Fevral 2010 15:17 (UTC +04:00)
Azərbaycanda ötən il daxili işlər orqanları üzrə qanun pozuntularının sayı 2008-ci illə müqayisədə 7 faiz azalıb. Trend News-un məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" dövlət qəzetinə müsahibəsində deyib.
Azərbaycanda ötən il daxili işlər orqanları üzrə qanun pozuntularının sayı azalıb - daxili işlər naziri

Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda ötən il daxili işlər orqanları üzrə qanun pozuntularının sayı 2008-ci illə müqayisədə 7 faiz azalıb. Trend -un məlumatına görə, bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" dövlət qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, daxili işlər orqanları üzrə qanun pozuntularına görə məsuliyyətə cəlb edilənlərin sayı da 10,7 faiz azalıb.

Usubov qeyd edib ki, ötən il daxili işlər orqanlarının fəaliyyəti və şəxsi heyətlə bağlı ümumi müraciətlərin sayı 2,6 faizədək, Prezident Administrasiyasından daxil olmuş şikayətlərin sayı isə 13 faiz azalıb.

Həyata keçirilmiş tədbirlərə baxmayaraq, ayrı-ayrı, xüsusən bayır xidməti əməkdaşlarının xidməti fəaliyyətində müxtəlif qanun pozuntularına, nöqsan və çatışmazlıqlara hələ də rast gəlindiyindən təəssüflənən nazir qeyd edib ki, son 3 ildə vətəndaş hüquqlarını pozduqlarına görə 614 nəfər polis əməkdaşı cəzalandırılıb.

"Onlardan 16-sı cinayət məsuliyyətinə cəlb edilib, 85-i xidmətdən xaric olunub, 66-sı tutduğu vəzifədən azad edilib, 5-nin xüsusi rütbəsi bir pillə aşağı salınıb, 442 nəfər barəsində digər intizam tədbirləri görülüb", - nazir vurğulayıb.

Nazir ictimaiyyətin daxili işlər orqanlarının xidməti fəaliyyətinə münasibətini mütəmadi olaraq aparılan monitorinqlərlə müəyyənləşdirildiyini və bu prosesin nazirliyin rəhbərliyi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.

"Monitorinqlər vasitəsilə fəaliyyətimizdəki çatışmazlıqları, əhalinin narazı olduğu məqamları müəyyən edir və lazımi nəticələr çıxarırıq. Cəmiyyətin münasibətini öyrənməkdə ən səmərəli vasitələrdən biri də rəy sorğularının keçirilməsidir. Sonuncu sorğunun nəticəsi göstərib ki, rəyi soruşulanların 80 faizə qədəri respublikada cinayətkarlığa qarşı mübarizənin hazırkı vəziyyətindən razıdır. Digər məlumat mənbəmiz isə kütləvi informasiya vasitələrində dərc olunan obyektiv və qərəzsiz tənqidi yazılardır. Bu materiallar da tərəfimizdən diqqətlə araşdırılır və lazımi ölçülər götürülür", - Usubov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti