...

Sumqayıtda bir nəfəri qətlə yetirən, digərinə xəsarət yetirən şəxs barədə məlumat verənə pul mükafatı veriləcək - DİN

Siyasət Materials 3 Mart 2010 13:30 (UTC +04:00)
Azərbycanın Sumqayıt şəhərində fevralın 20-də odlu silahla bir nəfəri qətlə yetirən, digərinə xəsarət yetirən şəxs barədə məlumat verən şəxsə pul mükafatı veriləcək.
Sumqayıtda bir nəfəri qətlə yetirən, digərinə xəsarət yetirən şəxs barədə məlumat verənə pul mükafatı veriləcək - DİN

Azərbaycan, Bakı, 3 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbycanın Sumqayıt şəhərində fevralın 20-də odlu silahla bir nəfəri qətlə yetirən, digərinə xəsarət yetirən şəxs barədə məlumat verən şəxsə pul mükafatı veriləcək.

Trend -un məlumatına görə, Daxili İşlər NazirliyiBaş Prokurorluğun birgə yaydığı məlumata görə, anonimlik tam təmin edilməklə təsdiqlənəcəyi halda bu barədə məlumat verən şəxsə 10.000 manat pul mükafatı veriləcək.

Sumqayıt şəhərində naməlum şəxs "Makarov" tipli tapançadan atəş açaraq valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

Həmin şəxsin fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlanıb.

Cinayətdə şübhəli bilinən təxminən 25-30 yaşlı, boyu 170-175 sm., atletik bədən quruluşlu, ağ bənizli, saçları qısa şabalıdı rəngli, gözləri qıyıq formalıdır. Azərbaycan dilində sərbəst danışır.

Onu tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, "102 Zəng Xidməti" və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş olunur.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti