...

Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək - İran XİN-in sözçüsü

Siyasət Materials 10 Mart 2010 15:38 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bildirib ki, yaxın gələcəkdə Xəzərin hüquqi statusu ilə bağlı əhəmiyyətli qərarlar veriləcək və bu qərarlar Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclasında qəbul olunacaq.
Xəzərin statusu ilə bağlı yaxın gələcəkdə önəmli qərarlar qəbul ediləcək - İran XİN-in sözçüsü

İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst bildirib ki, yaxın gələcəkdə Xəzərin hüquqi statusu ilə bağlı əhəmiyyətli qərarlar veriləcək və bu qərarlar Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclasında qəbul olunacaq. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

Mehmanpərəst əlavə edib ki, Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclasında Xəzərin dibi, səthi, sərhədləri və suyunun elmi araşdırılması kimi məsələlərlə bağlı önəmli qərarlar qəbul olunacaq.

Onun sözlərinə görə, həmin iclasda sahil sərhədlərinin təyin olunması barədə də qərar qəbul ediləcək.

Mehmanpərəst əlavə edib ki, indiyədək Xəzər dənizi ilə bağlı məsələlərin 70 faizi barədə razılıq əldə olunub. "Xəzərin hərbi olmaması, Xəzərdə təhlükəsizliyin təmin edilməsi və narkotiklərlə mübarizə kimi məsələlər haqqında razılıq əldə olunub", - Mehmanpərəst deyib.

Xəzəryanı ölkələrin XİN rəhbərlərinin növbəti iclası Tehranda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti