Gürcüstan, Tbilisi, 9 aprel /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan Prezidenti bütün Gürcüstanın katolikos-patriarxı II İlyanı "Prezidentin şəfəq ordeni" ilə təltif edib. Gürcüstan dövlət başçısının mətbuat xidmətindın Trend-ə verilən məlumata görə, Mixail Saakaşvili ordeni patriarxa Dövlət Filarmoniyasında keçirilən konsertdən sonra verib.
Dünən axşam filarmoniyada II İlyanın "Ave Mariya" dini nəğməsi ifa olunub. Onu bundan ötrü İtaliyadan gəlmiş gürcü opera müğənnisi İvano Tamar Alibeqaşvili ifa edib.
Prezident qeyd edib ki, bu, "çox güclü" əsər və "Ave Mariya" mövzusunda ilk pravoslav nəğmədir.
Mixail Saakaşvili konsertdə ölkənin birinci xanımı Sandra Rulovs ilə iştirak edib.
Qeyd etmək lazımdır ki, dünən prezident bu yeni ordenlə 16 tanınmış xadimi təltif edib. Onların arasında doktor Fridon Todua, konservatoriyanın rektoru Manan Doicaşvili, yazıçı Quram Doçanaşvili, pedaqoq Lamara Marqvelaşvili, diplomat Yekaterina Mikadze və Gürcüstanda Prezidenti Sarayının, Daxili İşlər Nazirliyinin yeni binasının və Avropa meydanındakı təzə körpünün layihələrini yaradan memar Mikele De Luçi də var.