Azərbaycan, Bakı, 11 may /Trend/
Cari ildə Heydər Əliyev adına mükafatın növbəti sahibi Los-Ancelesdəki Kaliforniya Universitetinin (UCLA) müqayisəli ədəbiyyat fakültəsinin doktorantı Lea Feldman (Leah Feldman) alıb. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Mükafat Feldmana mayın 10-da Azərbaycanın Baş Konsulluğunda 19-20-ci əsrlərdə Avrasiya məkanında ədəbiyyat və milli özünüdərkin qarşılıqlı əlaqələri sahəsindəki tədqiqatlara görə təqdim edilib. Bu tədqiqatın bir hissəsi universitetin professoru Altay Göyüşovun apardığı Azərbaycan dili və ədəbiyyatı kursu çərçivəsində keçirilir.
Azərbaycan və Avrasiya regionu sahəsindəki tədqiqatlarda xüsusilə fərqlənən amerikalı tələbələr üçün Heydər Əliyev adına illik mükafat 2008-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən təsis olunub.