...

Azərbaycan XİN-in nümayəndə heyəti Əfqanıstana səfər edəcək

Siyasət Materials 14 May 2010 19:36 (UTC +04:00)
Azərbaycanın Əfqanıstana qeyri-hərbi yardımı ilə bağlı mövcud vəziyyətin dəyərləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin mayın 16-18-də Əfqanıstana səfəri nəzərdə tutulur.
Azərbaycan XİN-in nümayəndə heyəti Əfqanıstana səfər edəcək

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycanın Əfqanıstana qeyri-hərbi yardımı ilə bağlı mövcud vəziyyətin dəyərləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi məqsədilə Azərbaycan nümayəndə heyətinin mayın 16-18-də Əfqanıstana səfəri nəzərdə tutulur. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatında deyilir.

Səfər zamanı nümayəndə heyətinin Əfqanıstanın aidiyyatı dövlət orqanları, NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) üzrə Komandanlığı, Azərbaycanın ISAF tərkibində qulluq edən hərbçiləri ilə görüşlərinin keçirilməsi planlaşdırılır.

Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Araz Əzimov rəhbərlik edəcək.

Azərbaycan NATO-nun Əfqanıstanda apardığı ISAF əməliyyatına hərbi töhfə verməkdədir. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət bir bölüyü ISAF tərkibində Əfqanıstanda xidmət edir.

NATO-nun 2008-ci ildə keçirilmiş Buxarest sammiti zamanı Azərbaycan Prezidenti tərəfindən Əfqanıstandakı bərpa və sabitliyin təmin edilməsi prosesinə Azərbaycanın qeyri-hərbi sahədə də töhfə vermək niyyəti bəyan edilib.

Xəbər lenti

Xəbər lenti