...

Azərbaycan - Türkmənistan münasibətləri yeni sürətli yüksəliş mərhələsini yaşayır – səfir

Siyasət Materials 9 İyun 2010 13:39 (UTC +04:00)
Bu gün, iyunun 9-da Azərbaycanla Türkmənistan arasında "indi yeni sürətli yüksəliş mərhələsini yaşayan" diplomatik münasibətlərin qurulmasının 18-ci ildönümüdür. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin türkmən KİV-də yayılan məktubunda deyilir.
Azərbaycan - Türkmənistan münasibətləri yeni sürətli yüksəliş mərhələsini yaşayır – səfir

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir H.Həsənov/

Bu gün, iyunun 9-da Azərbaycanla Türkmənistan arasında "indi yeni sürətli yüksəliş mərhələsini yaşayan" diplomatik münasibətlərin qurulmasının 18-ci ildönümüdür. Bu barədə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Vəhdət Sultanzadənin türkmən KİV-də yayılan məktubunda deyilir.

"Öz ruhunun, tarixi inkişafının ümumiliyi, etnik və dil yaxınlığı olan dövlətlərin - Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulması, şübhəsiz, qardaş xalqlar arasında çoxəsrlik qarşılıqlı münasibətlərin mühüm dövrünü təcəssüm etdirir", - diplomat qeyd edib.

Onun sözlərinə görə, "Azərbaycan - Türkmənistan münasibətləri indi yeni sürətli yüksəliş mərhələsini yaşayır".

"Mübaliğə etmədən demək olar ki, beynəlxalq məsələlərdə və nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyən iki ölkənin maraqlarının ümumiliyi günbəgün, saatbasaat artır", - o yazır.

Diplomatın qeyd etdiyi kimi, bu ümumilik təhsil, hava nəqliyyatı üzrə bir sıra vacib sazişlərlə, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Türkmənistan hökumətlərarası komissiyasının fəaliyyəti kimi parlaq misallarla aydınlaşdırılır.

Vəhdət Sultanzadə Azərbaycan Prezidenti İlham Əliyevin sözlərindən sitat gətirir: "Biz iki müstəqil dövlət kimi, öz enerji balansımızı tam reallaşdırmışıq. Həyata keçirdiyimiz investisiyalar və layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir və bir çox onilliklər sonra da təmin edəcək".

Məqalədə "Azərbaycanla Türkmənistan arasında dostluq münasibətlərinin bütün Mərkəzi Asiya, Xəzər və Qafqaz regionu üçün keçici olmayan önəmi" qeyd edilir.

Vəhdət Sultanzadə, həmçinin, qeyd edib ki, "beynəlxalq birliyin qlobal təhlükəsizlik sisteminin dəstəklənməsi və möhkəmləndirilməsində səylərinə, yaranmış münaqişələrdən xəbərdarlıq və onların neytrallaşdırılmasında, dövlət və xalqların sabit və davamlı inkişafı üçün şəraitin təmin olunmasında Türkmənistanın neytrallığının və müvafiq xarici kursunun çəlbedici cəhəti olub və olaraq qalır".

Diplomat bu kontekstdə 2007-ci ildə mənzil-qərargahı Aşqabadda yerləşən Mərkəzi Asiyada preventiv diplomatiya üzrə BMT regional mərkəzinin açılışını əlamətdar hadisə hesab edir.

"Şübhə yoxdur ki, strateji əhəmiyyətin amili Türkmənistanın iri karbohidrogen ehtiyatlarına, enerji və nəqliyyat-kommunikasiya potensialına malik ölkələr sırasında olmasıdır".

Azərbaycanlı səfirin fikrincə, Türkmənistan rəhbərliyinin xarici siyasət təşəbbüsləri bu potensialdan insanlığın xeyrinə, regional əməkdaşlıq və inkişaf naminə istifadə etməyə yönəlib.

"Türkmənistan beynəlxalq-hüquqi əsasların formalaşmasına öz əvəzsiz töhfəsini verir. O, həmçinin, enerji və enerjidaşıyıcılarının təhlükəsiz tranziti üzrə qlobal əhəmiyyətli sənədin işlənilib-hazırlanmasının təşəbbüskarıdır".

Xəbər lenti

Xəbər lenti