...

AŞPA-nın sədri "İlin siyasətçisi" adını alıb

Siyasət Materials 16 İyun 2010 14:34 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Türkiyənin Avropa Jurnalistləri Assosiasiyası tərəfindən "İlin siyasətçisi" adını alıb, - AŞPA-dan verilən məlumatda deyilir.
AŞPA-nın sədri "İlin siyasətçisi" adını alıb

Azərbaycan, Bakı, 16 iyun /Trend, Е.Ostapenko/

Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Türkiyənin Avropa Jurnalistləri Assosiasiyası tərəfindən "İlin siyasətçisi" adını alıb, - AŞPA-dan verilən məlumatda deyilir.

AŞPA rəhbəri İstanbulda keçirilən tədbirdə assosiasiyanın sədri Adnan Fisenka tərəfindən mükafata layiq görülüb.

Türkiyənin Ədalət və İnkişaf Partiyasının qurucularından biri olan Çavuşoğlu yanvar ayında AŞPA-nın sədri seçilib. Əlli ildən çox fəaliyyət göstərən quruma birinci dəfə olaraq Türkiyə təmsilçisi rəhbərlik edib. 2003-cü ildən bəri Çavuşoğlu assambleyanın üzvüdür.

Əvvəllər o, Avropa Şurası və Hüquq Komitəsi yanında ölkələrin öhdəlikləri monitorinqi üzrə komitədə çalışıb; 1930-cu illərdə Ukraynada aclıq problemi üzrə məruzəçi olub.

Xəbər lenti

Xəbər lenti