...

Azərbaycanın Qəbələ rayonunda daşqın olub

Siyasət Materials 25 İyun 2010 13:54 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, Mirzəbəyli çayının Qəbələ rayonu, Mirzəbəyli kənd ərazisindən keçən hissəsində daşqın olub.
Azərbaycanın Qəbələ rayonunda daşqın olub

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın Qəbələ rayonunda daşqın olub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə günü yaydığı məlumata görə, Mirzəbəyli çayının Qəbələ rayonu, Mirzəbəyli kənd ərazisindən keçən hissəsində daşqın olub.

Nəticədə, bir neçə fərdi yaşayış evini su basıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin evlərdən sakinləri təxliyyə edib, iri və xırdabuynuzlu heyvanları xilas ediblər, həmçinin, xüsüsi texnika vasitəsilə çaydan axının qarşısını alınıb.

Xəbər lenti

Xəbər lenti