...

Azərbaycan polisi ölkədə Parlament seçkiləri zamanı hüquq normalarını təmin etməyə hazırdır - nazir

Siyasət Materials 2 İyul 2010 11:55 (UTC +04:00)
Polis dəstəsi Azərbaycanda keçiriləcək Parlament seçkiləri zamanı ölkədə hüquq normalarını təmin edəcək.
Azərbaycan polisi ölkədə Parlament seçkiləri zamanı hüquq normalarını təmin etməyə hazırdır  - nazir

Аzərbaycan, Bakı, 2 iyul /Trend, müxbir М.Əliyev/

Polis dəstəsi Azərbaycanda keçiriləcək Parlament seçkiləri zamanı ölkədə hüquq normalarını təmin edəcək.

"Seçkilərə kifayət qədər vaxt qalıb. Hüquqp-mühafizə orqanlarının fəaliyyəti qanunla nizamlanır, qanunvericiliyə uyğun olaraq, seçkilərə iki ay qalmış təbliğat dövrü başlayanda, polis dəstəsi ölkədə hüquq qaydalarını təmin edəcək", - bu barədə cümə günü jurnalistlərə Azərbaycanın daxili işlər naziri Ramil Usubov deyib.

Azərbaycanda Parlament seçkiləri noyabrın əvvəllərinə nəzərdə tutulub.

"Hal-hazırda Azərbaycan ötən illərdə olduğu kimi, MDB ölkələri arasında və Şərqi Avropada sabit kriminal vəziyyətin saxlandığı ölkələrdən biri olaraq qalır.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin nizam-intizamı və xidmət hazırlığı yüksək səviyyədədir, daxili işlər orqanları yüksək texnologiyalarla təmin olunublar; əməkdaşların sosial vəziyyətinin yaxşlılaşdırılması üçün müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti