...

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda ATƏT sammitində Fransa, Rusiya və ABŞ-dan olan həmkarları ilə görüşə bilərlər

Siyasət Materials 13 İyul 2010 18:24 (UTC +04:00)
Almatıda ATƏT üzvü olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal sammiti zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransa, Rusiya və ABŞ-dan olan həmkarları - Bernar Kuşner, Sergey Lavrov və Hillari Klintonla görüşəcəkləri istisna olunmur.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Almatıda ATƏT sammitində Fransa, Rusiya və ABŞ-dan olan həmkarları ilə görüşə bilərlər

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir Y.Ostapenko/

Almatıda ATƏT üzvü olan ölkələrin XİN rəhbərlərinin qeyri-formal sammiti zamanı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Fransa, Rusiya və ABŞ-dan olan həmkarları - Bernar Kuşner, Sergey LavrovHillari Klintonla görüşəcəkləri istisna olunmur. Bu barədə Trend-ə ATƏT-in mətbuat ofisindən məlumat verilib.

Fransa, Rusiya və ABŞ Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sülh danışıqlarının aparılmasında əsas mexanizm olan ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdir. Minsk qrupu çərçivəsində danışıqlar 1994-cü ildən, yəni tərəflər arasında atəşkəs əldə olunduğu vaxtdan etibarən aparılır.

ATƏT sammiti iyulun 16-17-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın Fransa, Rusiya və ABŞ-ın xarici işlər nazirləri ilə görüşü iyulun 17-nə planlaşdırılıb. Tərəflərin danışıqların yekunları üzrə birgə bəyanatla çıxış edəcəkləri gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Almatıdakı qeyri-formal görüş ATƏT-in potensialının möhkəmlənməsinə və uzun illərdən bəri ilk sammitin keçirilməsinə hazırlığa həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti