...

Mavritaniya İslam Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Siyasət Materials 15 İyul 2010 16:55 (UTC +04:00)
Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 15-də Azərbaycana rəsmi səfərə gəlib.
Mavritaniya İslam Respublikasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz iyulun 15-də Azərbaycana rəsmi səfərə gəlib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Məhəmməd Uld Əbdüləzizi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli geyimli uşaqlar Mavritaniya Prezidentinə və xanımına gül dəstələri təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti