...

Azərbaycan Parlamentinin sədri spikerlərin 3-cü Ümumdünya konfransında iştirak edəcək

Siyasət Materials 16 İyul 2010 15:49 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 18-dən 22-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak edəcək.
Azərbaycan Parlamentinin sədri spikerlərin 3-cü Ümumdünya konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 18-dən 22-dək İsveçrənin Cenevrə şəhərində keçiriləcək parlament spikerlərinin 3-cü Ümumdünya konfransında iştirak edəcək. Bu barədə cümə günü jurnalistlərə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib.

"Konfrans zamanı ölkə parlamentlərinin BMT ilə işi, eləcə də xalqlar və parlamentlər arasında etimadın möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq", - Nəsirov deyib.

Onun sözlərinə görə, tədbir çərçivəsində Azərbaycan Parlamenti sədrinin bir sıra ölkələrin spikerləri ilə görüşləri gözlənilir.

Azərbaycan nümayəndə heyətinin tərkibinə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və başqaları daxildir.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, konfransın yekunları üzrə qətnamə qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti