...

Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 16 Avqust 2010 20:33 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da Şəhidlər xiyabanını ziyarət edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Türkiyə prezidenti Bakıda Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül avqustun 16-da Şəhidlər xiyabanını ziyarət edib, - məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Abdullah Gül "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
AIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident Abdullah Gül Azərbaycan paytaxtının mənzərəsini seyr edib.

Xəbər lenti

Xəbər lenti