...

Azərbaycanın dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim edilib

Siyasət Materials 27 Avqust 2010 16:40 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə günü ixtisasartırma kurslarında iştirak edən dairə seçki komissiyalarının sədrlərinə sertifikatları təqdim edib.
Azərbaycanın dairə seçki komissiyalarının sədrlərinə sertifikatlar təqdim edilib

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov cümə günü ixtisasartırma kurslarında iştirak edən dairə seçki komissiyalarının (DSK) sədrlərinə sertifikatları təqdim edib.

Trend-in məlumatına görə, MSK sədri çıxışında bildirib ki, seçki prosesi zamanı hər kəs bütün maraqları kənara qoyaraq qanunlara riayət etməlidir.

"Hər xalqa necə seçki keçirməyə görə qiymət verirlər", - Pənahov əlavə edib.

125 DSK sədrinə sertifikatlar təqdim edilib.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası avqustun 23-də dairə seçki komissiyaları sədrlərinin ixtisaslarının artırılması üzrə kurslara başlamışdı.

Kurslarda öz mühazirələri ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev, daxili işlər nazirinin müavini Oruc Zalov, respublika baş prokurorunun müavini Rüstəm Usubov, Ədliyyə Nazirliyi və Apelyasiya Məhkəməsinin məsul şəxsləri, MSK üzvləri və şöbə müdirləri çıxış ediblər.

MSK 2007 və 2009-cu illərdə də dairə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisasartırma kursları keçirmişdi.

Xəbər lenti

Xəbər lenti