...

Azərbaycan Prezidenti vyetnamlı həmkarını təbrik edib

Siyasət Materials 1 Sentyabr 2010 20:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Minh Çietə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti vyetnamlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Minh Çietə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı, dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi daim xalqlarımızın rifahına töhfələr verəcəkdir", - məktubda deyilir.

İlham ƏLiyev Nquyen Minh Çietə möhkəm cansağlığı, işlərində uğurlar, dost Vyetnam xalqına sülh və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti