...

Azərbaycanın müxalif Milli İstiqlal Partiyası parlament seçkisinə namizədlərini müəyyənləşdirib

Siyasət Materials 11 Sentyabr 2010 14:30 (UTC +04:00)
Azərbaycanın müxalif Milli İstiqlal Partiyası 70 dairədən parlament seçkisinə namizədlərini müəyyənləşdirib.
Azərbaycanın müxalif Milli İstiqlal Partiyası parlament seçkisinə namizədlərini müəyyənləşdirib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müxalif Milli İstiqlal Partiyası 70 dairədən parlament seçkisinə namizədlərini müəyyənləşdirib. Bu barədə şənbə günü Trend-ə AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov məlumat verib.

"Bu gün partiyanın Mərkəzi Şurasının iclası keçirilib. İclasda 70-ə yaxın dairədə namizədlər müəyyənləşib. Bir neçə nəfər mütəqil namizəd AMİP-in siyahısında iştirak edəcək. Yaxın günlərdə digər dairələrdən də namizədlər müəyyənləşdiriləcək", - Orucov deyib.

Azərbaycanda parlament seçkiləri noyabr ayının 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti