...

ATƏT ABŞ-ın beynəlxalq siyasətinin vacib hissəsidir – dövlət katibi

Siyasət Materials 30 Noyabr 2010 20:40 (UTC +04:00)
ATƏT ABŞ-ın beynəlxalq siyasətinin vacib hissəsidir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton Astanaya səfəri zamanı tələbələrlə görüşdə çıxışı zamanı deyib.
ATƏT ABŞ-ın beynəlxalq siyasətinin vacib hissəsidir – dövlət katibi

Qazaxıstan, Astana, 30 noyabr /Trend, müxbir A.Maratov/

ATƏT ABŞ-ın beynəlxalq siyasətinin vacib hissəsidir. Bu barədə ABŞ dövlət katibi Hillari Klinton Astanaya səfəri zamanı tələbələrlə görüşdə çıxışı zamanı deyib.

"ATƏT mənim və ölkəm üçün prioritetdir. Həyat yoldaşım Bill Klinton ABŞ Prezidenti olanda, ATƏT onun üçün prioritet beynəlxalq təşkilat olub və mən də dövlət katibi kimi ATƏT qarşısında öz öhdəliklərimi təsdiq edirəm", - Klinton bildirib.

Dövlət katibinin sözlərinə görə, Astanaya edilən səfər təsdiq edir ki, ATƏT ABŞ-ın beynəlxalq siyasətinin bir hissəsidir.

"ABŞ ATƏT-in fəal və fərqli təşkilat olmasına tərəfdardır", - Klinton bildirib.

Onun sözlərinə görə, təşkilatın bütün üzvləri onun prinsiplərini dəstəkləməlidirlər.

"XXI əsrdə uğurlu ölkə olmaq istəyirsinizsə, insan hüquqlarını qorumalısınız", - Klinton vurğulayıb.

ABŞ dövlət katibi Hillari Klinton dekabrın 1-də açılacaq ATƏT-in sammitində iştirak etmək üçün Astanaya gəlib.

Klinton ABŞ nümayəndə heyətinə başçılıq edir. Onların sırasında dövlət katibinin müavini, Konqres üzvləri, ekspertlər və dövlət orqanlarının mütəxəssisləri var.

Xəbər lenti

Xəbər lenti