...

AMİP sədri ABŞ səfirliyinin nümayəndəsi ilə seçkisonrası vəziyyəti müzakirə edib

Siyasət Materials 13 Dekabr 2010 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri, xanım Brijit Buşe ilə görüşüb. AMİP mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı Azərbaycanda keçirilən seçkilər, seçkisonrası vəziyyət, ABŞ-Azərbaycan münasibətləri əsas müzakirə predmeti olub.

Xanım Buşe bildirib ki, ABŞ Azərbaycanda hər zaman demokratik dəyərlərin inkişaf etməsində maraqlı olub və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

AMİP sədri Bağırzadə isə Azərbaycanda demokratik institutların formalaşmasında ABŞ-ın rolunu yüksək qiymətləndirib və bunu daha da inkişaf etdirəcəyinə ümid etdiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə AMİP-in baş katibi Arzuxan Əlizadə və beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti