Türkmənistan, Aşqabad, 23 dekabr /Trend, müxbir H. Həsənov/
Toyli Komekov Azərbaycan Respublikasında Türkmənistanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir. 2009-ci ildən Komekov Türkmənistan Prezidenti yanında Xəzər dənizi üzrə Dövlət İdarəsində müdir vəzifəsində çalışıb, məlumatı rəsmi türkmən mənbələri yaydı.
Müvafiq qərar Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedov tərəfindən imzalanmışdır.
Son iki ildə Komekov xarici işlər nazirinin müavini vəzifəsində çalışmışdır, dəfələrlə Bakıda ikitərəfli danışıqlar zamanı ölkəsinin nümayəndə heyətinə rəhbərlik etmişdir. O, həmçinin Balıkçılık üzrə Dövlət Komitəsinin rəhbəri olmuşdur.
Azərbaycan, Qazaxıstan, Rusiya və İran ilə yanaşı Türkmənistan karbohidrogenlər və bio-ehtiyatlarla zəngin olan Xəzər dənizin həmsərhəd dövlətidir. Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin hüquqi statusu ilə bağlı yeni sazişə ehtiyac yaranmışdır.