...

Azərbaycan Parlamenti ABŞ Senatını ölkəmizə təyin olunan səfiri təsdiq etməyə çağırır

Siyasət Materials 24 Dekabr 2010 13:03 (UTC +04:00)
Azərbaycan Parlamenti ABŞ Senatını ölkəmizə təyin olunan səfiri təsdiq etməyə çağırır
Azərbaycan Parlamenti ABŞ Senatını ölkəmizə təyin olunan səfiri təsdiq etməyə çağırır

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamenti ABŞ Senatını ölkəmizə təyin olunan səfiri təsdiq etməyə çağırır.

"Arzu edirik ki, ABŞ-ın Azərbaycana yeni təyin olunan səfirini Senat təsdiq etsin", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Muradova bildirib ki, səfirin təyin olunmaması yaxşı hal deyil.

"Amma düşünmürəm ki, səfirin təyin olunmasının uzanması iki ölkə arasında münasibətlərə kəskin təsir göstərsin", - vitse-spiker bildirib.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin 2009-cu il iyulun əvvəlindən səfir müddəti başa çatıb. O vaxtdan ABŞ Azərbaycana yeni səfir göndərməyib.

ABŞ Prezidenti səfir vəzifəsinə Metyu Brayzanı təqdim etsə də, Senat hələ də bunu təsdiq etmir.

Xəbər lenti

Xəbər lenti