...

Prezident İlham Əliyev Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşüb

Siyasət Materials 27 Yanvar 2011 23:31 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.
Prezident İlham Əliyev Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Davosda Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə naziri Mixael Şpindeleqqer ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Qeyd olundu ki, ölkələrimiz arasında əməkdaşlıq yaxşı səviyyədədir və bunu Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə səmərəli fəaliyyəti də təsdiqləyir. Avstriya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın uğurlu olduğu bildirilən görüşdə qeyd olundu ki, bu sahədə OMV şirkətinin Azərbaycan ilə əməkdaşlığı faydalıdır.

Görüşdə ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti