...

DİN-in Daxili Qoşunlar Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Siyasət Materials 3 Fevral 2011 19:38 (UTC +04:00)
axili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
DİN-in Daxili Qoşunlar Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsində 2010-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

DİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə bildiriblər ki, xidməti-döyüş fəaliyyəti haqqında məruzə ilə çıxış edən Daxili Qoşunlar komandanının 1-ci müavini-Qərargah rəisi, general-mayor Şirin Xəlilov qarşıya qoyulmuş tapşırıqların ötən il uğurla yerinə yetirilməsi məqsədi ilə bir sıra təşkilati-praktik tədbirlərin həyata keçirildiyini, ölkədə sabitliyin, ictimai asayişin qorunmasında şəxsi heyətin daxili işlər orqanları ilə birlikdə həmin vəzifələrin yüksək səviyyədə yerinə yetirdiyini bildirib. O, qeyd edib ki, hissə və bölmələrin döyüş, peşə hazırlığının və təlimin keyfiyyətinin daim yüksəldilməsi, qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi, nümunəvi nizam-intizama nail olunması və digər tapşırıqların layiqincə yerinə yetirilməsi Daxili Qoşunların əsas vəzifələri olub.
 
Məruzəçi bildirib ki, hesabat dövründə Daxili Qoşunların müasir texnika, silah və avadanlıqlarla təchiz olunması istiqamətində də mühüm işlər görülmüş, şəxsi heyətin sosial vəziyyətinin, mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması, hərbi şəhərciklərin müasir standartlara uyğunlaşdırılması diqqət mərkəzində olub.
 
Sonra Hərbi hissə komandirləri il ərzində görülən işlər barədə məlumat vermişlər.

Daxili işlər nazirinin müavini - Daxili Qoşunlar komandanı, general-leytenant Zakir Həsənov çıxış edərək, hesabat dövründə qarşıya qoyulmuş vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün hissə və bölmələrin döyüş hazırlığının daim nəzarətdə saxlanıldığını, komandirlərin və idarəetmə orqanlarının hazırlığına, qanunçuluğun, hərbi intizamın möhkəmləndirilməsinə, şəxsi heyətin mənəvi-psixoloji durumuna, hərbi quluqçuların Vətənə, dövlətə, dövlətçiliyə və hərbi anda sadiqlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirildiyini bildimişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində 2010-cu ildə hərbi hissələrin müasir silah və texnika ilə təmin olunması, təşkilatçılıq və idarəçilik işinin təkmilləşdirilməsi, hərbi qulluqçuların yaşayış-məişət şəraitinin daha da yaxşılaşdırılması sahəsində də uğurlu addımların atıldığı qeyd edilmişdir.  

General-leytenant Həsənov daxili işlər naziri, general-polkovnik Ramil Usubovu əmin edib ki, Daxili Qoşunların döyüş hazırlığının tələb olunan səviyyədə saxlanılması, qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yüksək səviyyədə icrası və hərbi intizamın daha da möhkəmləndirilməsi üçün bütün zəruri tədbirlər görüləcək.
 
Müşavirəyə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların 2010-cu ildəki fəaliyyətini yüksək qiymətləndirmişdir. O, demişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Daxili Qoşunlar hesabat dövründə ictimai-asayişin və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanmış, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməmiş, uğurlarını və döyüş hazırlığını daim artırmışdır. Nazir xidməti-döyüş fəaliyyətində bəzi nöqsanların da mövcudluğunu qeyd edərək, onların aradan qaldırılmasının vacibliyini bildirmiş, konkret tapşırıq və tövsiyələrini vermişdir. O, qeyd etmişdir ki, bütün diqqət şəxsi heyətin döyüş hazırlığının, peşəkarlığının daim yüksək səviyyədə saxlanılmasına, təlim-tərbiyə işinin keyfiyyətinin artırılmasına, vətənpərvərlik hissinin daha da yüksəlməsinə yönəldilməlidir. 

Xəbər lenti

Xəbər lenti