...

Bakıda İndoneziya səfirliyinin açılması ilə bağlı qəbul keçirilib

Siyasət Materials 5 Mart 2011 10:38 (UTC +04:00)
Bakıda İndoneziya səfirliyinin açılışı ilə bağlı qəbul keçirilib. Səfirlik bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Aqus Trimortono tərəfindən açılıb.
Bakıda İndoneziya səfirliyinin açılması ilə bağlı qəbul keçirilib

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir E.Tariverdiyeva/

Bakıda İndoneziya səfirliyinin açılışı ilə bağlı qəbul keçirilib. Səfirlik bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Aqus Trimortono tərəfindən açılıb.

"Asiyada ən iri müsəlman ölkələrindən biri kimi İndoneziya və həmçinin müsəlman ölkəsi olan Azərbaycan iqtisadi, humanitar və mədəni əməkdaşlıq sahələrində böyük perspektivlərə malikdirlər", - Trimortono bildirib.

Səfirin sözlərinə görə, o, ölkəsinin Azərbaycanda səfirliyinin açılmasına çox şaddır və gələcəkdə iki ölkə arasında uğurlu əməkdaşlığa ümidvardır.

Qəbulda Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və Azərbaycanın siyasi elitasının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycan Dillər Universitetinin İndoneziya dilini öyrənən tələbələri də iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti