...

Türkiyə Prezidenti iki Azərbaycan-Türkiyə hökumətlərarası sazişi ratifikasiya edib

Siyasət Materials 10 Mart 2011 11:28 (UTC +04:00)
Türkiyə Prezidenti Abdulla Gül iki Azərbaycan-Türkiyə hökumətlərarası sazişi ratifikasiya edib. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-i məlumat verib.
Türkiyə Prezidenti iki Azərbaycan-Türkiyə hökumətlərarası sazişi ratifikasiya edib

Türkiyə Prezidenti Abdulla Gül iki Azərbaycan-Türkiyə hökumətlərarası sazişi ratifikasiya edib. Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-i məlumat verib.

Azərbaycan və Türkiyə hökumətləri arasında 2005-ci il iyunun 30-da imzalanan müəllif və intellektual hüquqlar sahəsində saziş, 1998-ci il iyulun 17-də Türkiyə və Azərbaycan hökumətləri arasında sosial müdafiə sahəsində imzalanan müqaviləyə əlavə saziş ratifikasiya olunub.

Türkiyə Böyük Millət Məclisi (TBMM) bu sazişləri parlamentin Baş Assambleyasının fevralın 22-də keçirilən iclasında təsdiqləyib.

Bu sazişlərin təsdiqlənməsi haqqında qanun layihələrinin yekun variantı TBMM-in Xarici əlaqələr komissiyası tərəfindən 2011-ci il yanvarın 5-də keçirilən iclasda hazırlanıb və bundan sonra baxılmaq üçün TBMM Baş Assambleyasına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti