...

Təhlükəsizlik, energetika və daxili islahatlar ABŞ-ın Azərbaycandakı prioritetləri olacaq - səfir

Siyasət Materials 18 Mart 2011 20:13 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza öz işində prioritet kimi təhlükəsizlik, energetika və daxili islahatlar sahəsini qeyd edir.
Təhlükəsizlik, energetika və daxili islahatlar ABŞ-ın Azərbaycandakı prioritetləri olacaq - səfir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir Y.Ostapenko/

ABŞ-ın Azərbaycandakı yeni səfiri Metyu Brayza öz işində prioritet kimi təhlükəsizlik, energetika və daxili islahatlar sahəsini qeyd edir.

"ABŞ azərbaycanlı tərəfdaşları ilə strateji əhəmiyyətli məsələlərdə iştirakının fəallaşdığını görür. İlk növbədə, bura təhlükəsizlik, energetika və daxili islahatlar aiddir", - cümə günü ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Trend-ə müsahibəsində deyib.

Brayza ötən ilin dekabrında Prezident Obama tərəfindən Azərbaycanda səfir vəzifəsinə təyin edilib və yanvarda and içib. O, Bakıya səfir vəzifəsinə təyin olunmamışdan əvvəl ABŞ Senatında uzun debatlar olub.

"Təhlükəsizlik sahəsində münaqişəli tərəflərə [Azərbaycan və Ermənistana] Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün köməkdən başqa heç nə vacib ola bilməz", - Brayza qeyd edib.

Onun sözlərinə görə, enerji əməkdaşlığında 2011-ci il böyük əhəmiyyətə malikdir.

"Biz ümid edirik ki, bu il "Cənub qaz dəhlizi" layihələrində iştrak edən şirkət və ölkələr qaz yataqlarının növbəti mərhələsinə Azərbaycan investorlarının 20 milyard dollaradək böyük məbləğ yatırmalarına imkan verən hüquqi məsələləri həll edə biləcəklər", - səfir əlavə edib.

Ererji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

"Bu layihələrin həyata keçirilməsi Azərbaycanın Avropa ilə strateji əlaqələrini xeyli möhkəmləndirəcək, eləcə də Avropaya öz enerji tədarükü mənbələrini daha çox şaxələndirməyə kömək edəcək", - Brayza qeyd edib.

Ölkədə daxili islahata gəldikdə, ABŞ Azərbaycana cəmiyyətin liberallaşdırılmasında kömək göstərilməsini qarşısına məqsəd qoyur. Brayzanın sözlərinə görə, bu, gələcək demokratik islahatlar üçün əsas yaradaraq ölkədə uzunmüddətli sabitliyi qurmağa imkan verəcək.

"Şübhəsiz ki, uzunmüddətli sabitlik yalnız demokratik inkişafdan doğur", - səfir qeyd edib.

Brayza Prezident Obama tərəfindən 2010-cu ilin dekabrında Senat tətildə olan zaman təyin edilib. ABŞ Konstitusiyasına görə, prezidentin irəli sürdüyü namizədlər ABŞ Konqresinin Senatında təsdiq olunmalıdırlar. Lakin Konqresin sessiyalararası tətildə olması ilə əlaqədar prezident təkbaşına kadr təyinatları edə bilər.

Brayzanın səfir vəzifəsində zəmanətli səlahiyyət müddəti 2011-ci ilin dekabrına qədərdir. Həmin müddətdə Senatın növbəti sessiyası keçiriləcək və orada onun səlahiyyətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar qəbul ediləcək.

"Uzun sürən debatlar [səfirin təyin olunması ilə əlaqədar] ABŞ-ın demokratik sistemi ilə bağlıdır, - Brayza qeyd edib. - Sistem müstəqil işləyir".

Onun sözlərinə görə, ABŞ-da hələ də onun təyinatı ilə bağlı narahat olan insanlar var. "Lakin Prezident Obama öz konstitusiya hüququndan istifadə edərək təyinatı həyata keçirib", - Brayza deyib.

"Bununla prezident göstərdi ki, Azərbaycan-ABŞ münasibətləri nə dərəcədə əhəmiyyətlidir", - səfir qeyd edib və yuxarıda göstərilən prioritetlərin həyata keçirilməsi üçün böyük ruh yüksəkliyi ilə çalışacaq.

Xəbər lenti

Xəbər lenti