Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir S.Ağayeva/
İraqın xarici işlər naziri Huşyar Zibari Azərbaycana gələcək. Səfər ilkin olaraq, iyuna nəzərdə tutulub. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycanın İordaniya və İraqdakı səfiri Elman Araslı deyib.
Səfər Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun dəvəti ilə həyata keçirilir.
Səfərin təfərrüatları bu günlərdə Azərbaycan səfiri Araslı və iraqlı nazir Zibari arasında baş tutan görüşdə müzakirə edilib.
İraq xarici işlər nazirinin Azərbaycana səfəri zamanı iki ölkə arasında münasibətlərin perspektivinin müzakirəsi gözlənilir.