...

Qazaxıstandakı prezident seçkiləri dövlətin siyasi yetkinliyi üzrə imtahandır - səfir (VİDEO)

Siyasət Materials 30 Mart 2011 15:47 (UTC +04:00)
Qazaxıstandakı prezident seçkiləri ölkənin tarixində əhəmiyyətli hadisədir və gənc suveren dövlətin siyasi yetkinliyi üzrə özünəməxsus imtahandır.
Qazaxıstandakı prezident seçkiləri dövlətin siyasi yetkinliyi üzrə imtahandır - səfir (VİDEO)

Video əlavə olunub (ilk xəbər saat 13:24-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir Y.Ostapenko/

Qazaxıstandakı prezident seçkiləri ölkənin tarixində əhəmiyyətli hadisədir və gənc suveren dövlətin siyasi yetkinliyi üzrə özünəməxsus imtahandır. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Trend BİA-da keçirilən mətbuat konfransında bildirib.

"Qazaxıstan dünya birliyinə özünün demokratik quruculuğa sadiqliyini, siyasi aktivliyini, BMT və ATƏT kimi beynəlxalq nüfuzlu təşkilatların hamı tərəfindən qəbul edilən norma və prinsipləri çərçivəsində bütün münasibətlərdə vətəndaş cəmiyyətinin tolerantlığını göstərməyi və sübut etməyi bacaran dövlətdir", - səfir bildirib.

Onun sözlərinə görə, Qazaxıstan prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə açıq, şəffaf və düzgün keçirilməsinə böyük önəm verir.

"Bununla yanaşı, dövlət hər bir Qazaxıstan vətəndaşının Konstitusiya və beynəlxalq öhdəliklərə uyğun siyasi seçim etmək hüququnun təmin olunmasına xüsusi diqqət ayırır", - səfir deyib.

Qazaxıstanda təbliğat kampaniyası aprelin 1-də başa çatır. Seçkilər aprelin 3-də keçiriləcək. Fəaliyyətdə olan dövlət başçısı, "Nur Otan" partiyası tərəfindən namizədliyi irəli sürülən Nursultan Nazarbayevlə yanaşı, prezident postu uğrunda Kommunist Partiyasının sədri Jambıl Ahmedbekov, Vətənpərvərlər Partiyasının lideri, senator Qani Kasımov və "Tabiqat" ekoloji birliyinin lideri Mel Yeleusizov da mübarizə aparır.

Proqnozlara görə, fəaliyyətdə olan prezident qarşıdakı seçkilərdə asanlıqla qələbə qazanacaq. 70 yaşlı Nazarbayev 20 ildən artıqdır ki, hakimiyyətdədir və sorğunun nəticələrinə görə, əhalinin 90 faizə yaxını onun namizədliyi dəstəkləyir.

Get the Flash Player to see this player.
Xəbər lenti

Xəbər lenti