...

Yaponiya hökuməti yardıma görə Azərbaycana minnətdarlığını bildirib

Siyasət Materials 31 Mart 2011 19:37 (UTC +04:00)
Yaponiya hökuməti Azərbaycan hökumətinə zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılması üçün ayırdığı yardıma görə minnətdarlığını bildirib.
Yaponiya hökuməti yardıma görə Azərbaycana minnətdarlığını bildirib

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir S.Ağayeva/

Yaponiya hökuməti Azərbaycan hökumətinə zəlzələ və sunaminin nəticələrinin aradan qaldırılması üçün ayırdığı yardıma görə minnətdarlığını bildirib. Trend-in məlumatına görə, bu barədə Yaponiya XİN-nin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Azərbaycan Yaponiyaya 1 milyon dollar məbləğində yardım ayırıb. Yardım Yaponiya Qırmızı Xaç Komitəsinin hesabına köçürülüb.

Yaponiya Xarici İşlər Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin, Baş nazirin müavini Abid Şərifovun və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Yaponiya hökumətinə və xalqına ünvanladığı başsağlığı məktubunu yüksək qiymətləndiriblər.

Yaponiya XİN-in məlumatına görə, ölkə hökuməti Azərbaycan hökuməti və xalqının həmrəyliyini və göstərilən yardımı yüksək qiymətləndirir.

Xəbər lenti

Xəbər lenti