...

Azərbaycan müxalifətinin "Böhran masası"nın yaradılması təklif olunub

Siyasət Materials 12 Aprel 2011 16:47 (UTC +04:00)
Azərbaycan Liberal Partiyası (ALP) müxalifət partiyalarının "Böhran masası"nın yaradılmasını təklif edir. Bu barədə çərşənbə axşamı Trend-ə ALP sədri Əvəz Temirxan məlumat verib.
Azərbaycan müxalifətinin "Böhran masası"nın yaradılması təklif olunub

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Liberal Partiyası (ALP) müxalifət partiyalarının "Böhran masası"nın yaradılmasını təklif edir. Bu barədə çərşənbə axşamı Trend-ə ALP sədri Əvəz Temirxan məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan müxalifətinin "Böhran masası" adlı bir qurumda birləşməsi vacibdir.

"Böhranlı məqamlarda müxalif partiyalar bir araya gələrək, müzakirələr aparmalıdırlar. Buna görə də biz belə bir təşkilatın yaradılmasını vacib sayırıq", - Temirxan əlavə edib.

ALP sədri deyib ki, 2010-cu il parlament seçkilərində rəsmən iştirak etmiş ALP, VİP, ADP, Ümid, KXCP, AMİP, AXCP və Müsavat partiyalarının "Böhran masası"nda iştirak etməsi məqsədəuyğundur.

"AXCP və Müsavat partiyalarının bu birlikdə iştirak edəcəyinə şübhə edirəm. Çünki onlar hər zaman özlərini ayırıb kənarda qoyurlar. Qeyd olunan məsələ ilə bağlı AXCP və Müsavat partiyalarına ünvanladığımız məktublar da cavabsız qalıb", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti