...

ABŞ-ın Sietl şəhərində Azərbaycanın nailiyyətləri müzakirə olunub

Siyasət Materials 14 Aprel 2011 11:36 (UTC +04:00)
ABŞ-ın Sietl şəhərində Azərbaycanın nailiyyətləri müzakirə olunub.
ABŞ-ın Sietl şəhərində Azərbaycanın nailiyyətləri müzakirə olunub

Azərbaycan, Bakı, 14 aprel /Trend/

ABŞ-ın Sietl şəhərində Azərbaycanın nailiyyətləri müzakirə olunub.

Sietl şəhərində ABŞ-ın Mərkəzi Asiya və türk dünyasının öyrənilməsi üzrə aparıcı akademik mərkəzlərindən biri olan Vaşinqton ştatının universitetində Azərbaycana həsr edilən seminar keçirilib. Trend-in məlumatına görə, bu barədə Baş konsulluğun məlumatında deyilir.

Universitetin müəllim və tələbə heyəti qarşısında çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və regional inteqrasiya üzrə rəhbərlik tərəfindən aparılan məqsədyönlü siyasət haqqında danışıb. O bildirib ki, məhz milli maraqlara əsaslanan düşünülmüş praqmatizm siyasəti nəticəsində Azərbaycanın müstəqilliyinin bərpa edildiyi 20 il ərzində Azərbaycan regionun aparıcı ölkələrindən birinə çevrilib.

Diplomatın fikrincə, yubanmış münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütün regionun, o cümlədən ermənistanın özünün tam inkişafı yolunda əsas manelərdən olmaqla qalmaqdadır. Bununla əlaqədar öz xalqının gələcəyini sual altına qoyan rəsmi Yerevanın uzaqgörməyən yanaşması, eləcə də dünya ictimaiyyətinin uzunmüddətli nizamlanmanın əldə edilməsi üzrə az səy göstərməsi ilə bağlı təəssüfünü ifadə edib.

Regional inteqrasiyanın coğrafiyasının genişləndirilməsinin nümunəsi kimi Xəzər qazının Avropa ölkələrinə satışına dair sazişlər, eləcə də Naxçıvanda tükdilli ölkələrin sammitində təsis edilən TÜRKSOY təşkilatının fəaliyyətinin aktivləşməsi qeyd olunub. Belə ki, məhz TÜRKSOY çərçivəsində bu il dünyanın əksər ölkəsində qədim Novruz bayramı münasibətilə şənliklər keçirilib.

Vaşinqton ştatına səfər zamanı baş konsul Süleymanov və vitse-konsul Ramil Qurbanov "Boinq" şirkətinin nümayəndələri ilə görüşlər keçiriblər.

Kanada sərhədi yaxınlığında yerləşən, ABŞ-ın şimal-qərbindəki Vaşinqton ştatı Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunun konsulluq dairəsinə daxil olan 13 qərb ştatlarından biridir.

Xəbər lenti

Xəbər lenti