Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 124 nəfəri saxlayıblar.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Aprel ayı ərzində 40 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 76 nəfər saxlanılıb.
Onlardan 54 nəfəri Azərbaycan, 6-sı İran, 3-ü Rusiya, 2-si Gürcüstan, 1-i Özbəkistan vətəndaşı, 9-u isə vətəndaşlığı olmayan şəxslərdir.
Dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən keçərkən 54 nəfər saxta, 3 nəfər isə özgəsinə məxsus sənədlə saxlanılıb.
Ötən ay sərhədçilər qanunsuz dövriyyədən 5,5 kiloqram narkotik maddə çıxarıblar.
Sərhəd rejimi qaydalarını pozduqları üçün sərhədin yaşıl sahəsində 13 halda icazəsiz və müvafiq sənədləri olmadan dənizə çıxmış 25 nəfər sərhəd rejimi pozucusu saxlanılıb, 1 halda isə su sərhədlərini pozduğuna görə 5 nəfər barəsində cinayət işi başlanıb, ilkin istintaq tədbirləri həyata keçirilir.
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 124 nəfəri saxlayıblar
Ötən ay Azərbaycan sərhədçiləri axtarışda olan 124 nəfəri saxlayıblar.