Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə başsağlığı verib, məlumatı cümə axşamı Prezidentin rəsmi saytı yayıb.
"Əlahəzrət, nənəniz Şahzadə Muza bint Həməd Al Xəlifənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə, bütün Bəhreyn xalqına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" başsağlığında bildirilib.
Azərbaycan Prezidenti Bəhreynin Kralına başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə başsağlığı verib