...

Azərbaycan Prezidenti və Türkiyə Baş nazirinin təkbətək görüşü olub (FOTO)

Siyasət Materials 27 İyul 2011 17:10 (UTC +04:00)
Rəsmi qarşılanma mərasimindən sonra çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub
Azərbaycan Prezidenti və Türkiyə Baş nazirinin təkbətək görüşü olub (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 16:38-də yayılıb)

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Rəsmi qarşılanma mərasimindən sonra çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə tam əminlik ifadə olundu. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirildi.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti