...

Azərbaycan BMT-ni dövlət suverenliyi prinsiplərinə əməl etməyə çağırır

Siyasət Materials 27 Avqust 2011 11:57 (UTC +04:00)
Azərbaycanın nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə və nizamnaməsinə, eləcə də dövlət suverenliyinə ciddi şəkildə əməl olunmasının vacibliyini BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırıb.
Azərbaycan BMT-ni dövlət suverenliyi prinsiplərinə əməl etməyə çağırır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir A.Qasımova/

Azərbaycanın nümayəndəsi Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə və nizamnaməsinə, eləcə də dövlət suverenliyinə ciddi şəkildə əməl olunmasının vacibliyini BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırıb.

Azərbaycan müharibədən əziyyət çəkib və digər münaqişələrin bilavasitə yaxınlığında yerləşir. Bunu Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Yusif Məmmədəliyev BMT-nin sülhyaratma əməliyyatları ilə bağlı müzakrələrdə çıxış edərkən bildirib. Trend-in məlumatına görə, bu barədə BMT TŞ-nin rəsmi saytında bildirilir.

Məmmədəliyev qeyd edib ki, bununla əlaqədar beynəlxalq humanitar hüquq və insan haqları məsələlərinə xüsusi diqqət ayrılmalıdır. O, həmçinin sülhyaratma fəaliyyətində hərbi və siyasi kontingenti təmsil edən ölkələrin daha aktiv iştirakı ilə bütün tərəfdaşlar arasında daha sıx əməkdaşlığı və dialoqu dəstəklədiyini bildirib.

Azərbaycanın nümayəndəsi, həmçinin BMT-nin sülhyaratma fəaliyyətinə öz töhfəsini verən ölkəsinin regionda sülhə sadiq olduğunu da müzakirə iştirakçılarının diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti