Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin 2020-ci ilin Yay Olimpiya Oyunlarını və Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin dəstəklənməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsinin üzvləri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Məmmədyarov - Azərbaycan Respublikasının xarici işlər naziri
Azad Rəhimov - Azərbaycan Respublikasının gənclər və idman naziri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri
Füzuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Rövnəq Abdullayev - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
İlqar Rəhimov - Azərbaycan Respublikası Paralimpiya Komitəsinin prezidenti
Ağacan Abiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Fərid Mansurov - Olimpiya çempionu
Namiq Abdullayev - Olimpiya çempionu
Zemfira Meftəhətdinova - Olimpiya çempionu
Elnur Məmmədli - Olimpiya çempionu
Təşkilat Komitəsinə Bakı şəhərinin 2020-ci ilin XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunlarını təşkil etmək üçün namizəd şəhər kimi irəli sürülməsi ilə bağlı bütün məsələləri həll etmək; Gənclər və İdman Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinə Azərbaycan Milli Olimpiya Komitəsi ilə birlikdə namizəd şəhərin Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı namizədliyinin qəbul edilməsi proseduruna uyğun olaraq Beynəlxalq Olimpiya Komitəsinə təqdim etmək üçün, Təşkilat Komitəsi ilə razılaşdırılmaqla, sifariş kitabını hazırlamaq; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bədən tərbiyəsi və idman sahəsində həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsi, Olimpiya hərəkatının genişlənməsi və geniş coğrafi məkanda təbliğinin təşkil edilməsi məqsədi ilə Bakı şəhərinin 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarını keçirmək üçün namizədliyi irəli sürülüb.